İpoteka krediti ilə bağlı dəyişiklik vətəndaşlara nə verəcək? - VİDEO

İpoteka krediti ilə bağlı dəyişiklik vətəndaşlara nə verəcək? - VİDEO

Hazırda oxunan: İpoteka krediti ilə bağlı dəyişiklik vətəndaşlara nə verəcək? - VİDEO

182989

Bəzi hallarda ipoteka krediti ilə bağlı borcu tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq.

Mövzuya Milli Məclisin deputatı Vüqar Bayramov münasibət bildirib. Onun sözlərinə görə, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır.
Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.

Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtina edə biləcək.

Vüqar Bayramov bildirib ki, ümumilikdə ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər pozitivdir və kredit götürən şəxslərin maraqlarının və hüquqlarının qorunmasına imkan verəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO