Rus hərbi həkimlər Qarabağda ermənilərə yardım göstərdi – Funksiyalarını unudublar - VİDEO

Rus hərbi həkimlər Qarabağda ermənilərə yardım göstərdi – Funksiyalarını unudublar - VİDEO

Hazırda oxunan: Rus hərbi həkimlər Qarabağda ermənilərə yardım göstərdi – Funksiyalarını unudublar - VİDEO

18267

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində “tapşırıqları” yerinə yetirməyə davam edir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı sülhməramlı kontingentin mətbuat xidmətinə istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Sülhməramlıları çıxarmaq cəhdi Gürcüstana baha başa gəldi” – Qarabağdakı aysberqin görünməyən TƏRƏFİ


Mənbə bildirir ki, Rus hərbi həkimlər Dağlıq Qarabağın ucqar bölgələrində yaşayan ermənilərə ixtisaslı tibbi yardım göstəriblər.

Xüsusilə, Humanitar Yardım Mərkəzinin əməkdaşları Əsgəran rayonunun Sərdaraşen kəndində müvəqqəti məskunlaşanlara yardım etmək üçün səhra məntəqəsi yaradıblar.

Xatırladaq ki, 10 noyabr razılaşmasından sonra Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin funksiyası ermənilərə tibbi yardım etməkdən ibarət deyil, tərəflər arasında baş verə biləcək silahlı qarşıdurmanı neytrallaşdırmaqdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO