Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər GÖRÜLƏCƏK 

Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər GÖRÜLƏCƏK 

Hazırda oxunan: Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər GÖRÜLƏCƏK 

182668

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında ilk dəfə görüləcək. 

"Nazirliyin mütəxəssisləri burada qiymətləndirmə işləri aparıb və qərar veriblər ki, mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülsün", - deyə məlumatda qeyd olunub. 
Xatırladaq ki, Bakı Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib. Tikinti işləri 1979-cu ildə başlayıb və 1996-cı ildə inşası yekunlaşdırılıb. Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr). Bu Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO