17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, 2-ci turun B liqasının 2-ci qrupunda Bolqarıstan yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub.
Azərbaycan yığmasının yeganə qolunu 25-ci dəqiqədə Xanım Əsədova vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu 3 gün sonra – martın 7-də, saat 13:00-da Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:40 / 15.03.2024
Azərbaycan millisi 6 qolla uduzdu
Hazırda oxunan: Azərbaycan millisi 6 qolla uduzdu
Hazırda oxunan: Azərbaycan millisi 6 qolla uduzdu
182650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.