Qarabağ Universitetində işləmək üçün kimlərə üstünlük veriləcək? - VİDEO

Qarabağ Universitetində işləmək üçün kimlərə üstünlük veriləcək? - VİDEO

Hazırda oxunan: Qarabağ Universitetində işləmək üçün kimlərə üstünlük veriləcək? - VİDEO

182494

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində işləmək istəyənlər üçün yaxın günlərdə də yeni vakansiyalar elan olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Xəzər Televiziyası süjet hazırlayıb.

Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Ü. Səttarova universitetdə işləmək istəyənlərin hansı kriteriyalara cavab verməli olduğunu da açıqlayıb. 
Qeyd edək ki, Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib. İndiyə kimi təxminən 1250 nəfər müraciət edib. Lakin bu vakansiya üzrə 5-6 nəfərin işə qəbulu nəzərdə tutulub. Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu martın 15-dək davam edəcək. Ötən gün isə mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

Daha ətraflı videoda:
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO