Britaniyanın Azərbaycandakı səfiri: «Dinc əhalinin həlak olmasından məyusuq»

Britaniyanın Azərbaycandakı səfiri: «Dinc əhalinin həlak olmasından məyusuq»

Hazırda oxunan: Britaniyanın Azərbaycandakı səfiri: «Dinc əhalinin həlak olmasından məyusuq»

1824

Noyabrın 2-də Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Baş Prokuror, sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən törədiən hərbi cinayətlər barədə ətraflı məlumat verib.

O həmçinin  Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktlarına toxunub.

Baş Prokuror, səfir Ceyms Şarpa Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etməsinə, habelə Birləşmiş Krallıq tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə zərər çəkmiş mülki şəxslərimizə göstərdikləri maliyyə dəstəyinə görə də öz təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyini diqqətə çatdırıb.

Konflikt zamanı mülki şəxslərin, xüsusən də münaqişə zonasından kənarda yaşayan dinc əhalinin həlak olmasına görə məyus olduğunu bildirərək, ölkəsi tərəfindən bu kimi halların daim qətiyyətlə pislənildiyini diqqətə çatdırıb.

Daha sonra hər iki ölkənin prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə əməkdaşlıq, hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO