Britaniya Ermənistanı müdafiə etməyəcək - Rusiyalı tarixçi

Britaniya Ermənistanı müdafiə etməyəcək - Rusiyalı tarixçi

Hazırda oxunan: Britaniya Ermənistanı müdafiə etməyəcək - Rusiyalı tarixçi

182185

“Ermənistan açıq şəkildə Qərbə doğru sürüklənir. Ermənistan KTMT-yə üzvlüyünü dayandırıb və açıq şəkildə yeni hərbi-siyasi müttəfiqlər axtarır. Aydındır ki, qeyri-sabit, təlatümlü regionda Ermənistana bu cür müttəfiqlər mütləq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı tarix elmləri doktoru İqor Kovalev Ermənistan mətbuatına müsahibəsində "Rusiyanın təhdidləri qarşısında London Ermənistanı dəstəkləyəcək"  xəbərini şərh edərkən bildirib.

“Böyük Britaniya təkcə Ermənistanda deyil, Rusiyanın cənub sərhədlərində də xüsusi hərbi əməliyyatın keçirilməsini çətinləşdirmək üçün Ermənistandan istifadə etmək istəyir.

Əminəm ki, Mərkəzi Asiyada da vəziyyətin sabitliyini pozmaq üçün müəyyən cəhdlər olacaq, yəni Rusiya sərhədlərinin maksimum perimetri boyu bu cür addımlar atılacaq. İndi bizim Rusiya ilə apardığımız barışmaz mübarizə də nəzərə alınacaq. 
Təbii ki, İngiltərə Ermənistandan istifadə edəcək. Həqiqətənmi kimsə Britaniyanın Ermənistanı Azərbaycandan müdafiə edəcəyini düşünür? Yox, əlbəttə”, İqor Kovalev qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO