“İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” - Lalə Məmmədova

“İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” - Lalə Məmmədova

Hazırda oxunan: “İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” - Lalə Məmmədova

18211

“İcra başçıları, televizyalar müğənnilərin qonorarını vermirlər”.

Bizim.Media xəbər verir ki, bunu axşam.az-a müsahibəsində müğənni Lalə Məmmədova bildirib. 

Müğənni bildirib ki, çox vaxt sənətçilər icra başçıları və telekanalların “qara siyahı”sına düşməmək üçün məcburiyyət qarşısında gedib rayonlarda hansısa bayram konsertlərində səhnəyə çıxırlar:

“İstər Rusiya, istər Türkiyə ərazicə böyükdür. Onlarda konsert təşkil edən qurumlar fəaliyyət göstərir. Bizdə Mahnı Teatrı var, vaxtında az da olsa, qastrol səfərlərimiz olurdu. İndi isə bu yoxdur. Çox vaxt sənətçilər məcburiyyət qarşısında gedib rayonlarda hansısa bayram konsertlərində səhnəyə çıxırlar. Bunu ya telekanalların, ya da icra başçılarının "qara siyahı"sına düşməmək üçün edirlər. Bəlkə əvvəl bu cür konsertlərin dadı-duzu var idi, amma zamanla qalmadı. Rayonlardakı insanlar da doydular. İl ərzində nə qədər konsert olar? Hər sənətçinin öz auditoriyası var. Ora toplaşanlar bütün müğənniləri sevə bilməz. Tamaşaçı da məcbur qalırdı.

İcra hakimiyyətindən tapşırıblar deyə yağışda, istidə əl çalırdılar. Beləcə, dadı-duzu qaçdı.

Digər tərəfdən isə həmin konsertlərin keçirilməsi üçün istər televiziyalara, istərsə də icra hakimiyyətlərinə dövlətdən pul ödənilir.  Amma sənətçilərin qonorarını vermirlər. Buna görə də müğənni toydan asılı vəziyyətdə qalır. Tək gəlir yeri toydur”.

Müğnni həmçinin qeyd edib ki, heç toydan gələn də bütöv sənətçiyə qalmır:

“Bəzən böyük qurumlardan sifariş gəlir: filankəsin toyunda oxumaq lazımdır. Kasıb birinin toyunda oxumaq bizim də ürəyimizdən keçir. Deyirsən, halal xoşu olsun, imkanı çatmır, ona hədiyyə etdim.

Tapşırıqla hansısa toyda çıxış edirsən, halbuki məclis sahibinin sənə pul verməyə yetəri qədər imkanı var.

Amma çalışdığı qurumdan, kiminsə adından istifadə edib, deyir, bir tük də qoparmaq qənimətdir. Bu, biz sənət adamlarının iç mətbəxidir. Bunu açmaqda bəlkə düz etmirəm, amma gerçəklər budur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO