Ağstafada gənci “tok” vuran ərazidən ÖZƏL FOTOLAR

Ağstafada gənci “tok” vuran ərazidən ÖZƏL FOTOLAR

Hazırda oxunan: Ağstafada gənci “tok” vuran ərazidən ÖZƏL FOTOLAR

182094

Xəbər verildiyi kimi, Azərbaycanda daha bir gənc elektrik cərəyanının qurbanı olub. Bədbəxt hadisə Ağstafanın Vurğun qəsəbəsindəki statdionda baş verib. Qəsəbə sakini, 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb. İddialara görə, hadisənin baş verməsinə səbəb elektrik xəttinin stadionun üzərindən çox yaxın məsafədən keçməsidir.

Mərhumun ailə üzvləri Bizim.Media-ya hadisənin baş verdiyi yerdən fotolar göndərib və “Azərişıq”ASC-dən məsələyə aydınlıq gətirilməsini istəyiblər: 
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada elektrik cərəyanından həyatını itirən gənclə bağlı ÖZƏL TƏFƏRRÜAT 


“”Azərişıq” məsələyə aydinliq gətirməlidir. Stadionun üzərindən keçən elektrik xəttinin hündürlüyü 3-4 metrdir. Nə səbəbə oyun meydançasından bu alçaqlıqda yüksək gərginlikli elektrik xətti keçir? Ümumiyyətlə, orada “tok”un nə işi var?”, -deyə ailədən gileyləniblər.

Qeyd edək ki, Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır. İlkin araşdırma zamanı Elvin Həsənzadənin elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.

Baş Prokurorluqda araşdırma getdiyi üçün “Azərişıq” ASC-dən məsələ ilə bağlı mövqe bildirilməyib. 

Gəncin öldüyü hadisə yerindən fotoları təqdim edirik:




Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO