Vətən müharibəsi şəhidinin övladı dünyaya gəldi - FOTO

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəldi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi şəhidinin övladı dünyaya gəldi - FOTO

18207

Ötən ilin 27 sentyabrından 10 noyabra qədər davam etmiş Vətən müharibəsində şəhid olan Sarvan Əli oğlu Mirzəyevin qız övladı dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, şəhidin övladına Sarvanə adı verilib.

Şəhidin övladı xəstəxanadan Biləsuvar rayonuna yola salınıb. Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kəşfiyyatçı Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, onun ailəsi sonralar Biləsuvar rayonuna köçüb.

S.Mirzəyev Vətən müharibəsinin son günlərində Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Qəhrəman hərbçimiz döyüşlərdə şəxsi igidliyi və şücaətinə görə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO