Azərbaycan yığmasının futbolçusu Musa Qurbanlının heyətində çıxış etdiyi “Yurqorden” İsveç kubokunda növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, onun komandası 1/4 final çərçivəsində “Deqerfors”u qəbul edib.
Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 1-ci hissəsində qol vurulmasa da, fasilədən sonra Musanın komandası 3 dəfə fərqlənib və yarımfinala vəsiqə qazanıb. Görüşdə Qurbanlı meydana çıxmayıb.
Qeyd edək ki, “Yurqorden” yarım finalda AİK-lə üz-üzə gələcək.
Oyun martın 17-də baş tutacaq
Rəşad Rafiqoğlu, Bizim.Media
![Musa Qurbanlının komandası kubokun yarımfinalına çıxdı Musa Qurbanlının komandası kubokun yarımfinalına çıxdı](https://bizim.media/file/articles/2024/03/10/1710083646_photo_5433944700110361999_x.jpg)
- A-
- A
- A+
İdman
19:34 / 10.03.2024
Musa Qurbanlının komandası kubokun yarımfinalına çıxdı
Hazırda oxunan: Musa Qurbanlının komandası kubokun yarımfinalına çıxdı
Hazırda oxunan: Musa Qurbanlının komandası kubokun yarımfinalına çıxdı
181958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.