Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək mərkəzinin təşkilatçılığı ilə erkən nikah və qohum evliliyinin qarşısının alınması məqsədilə ekspert qrupunun üzvləri, psixoloq və valideynlərin iştirakı ilə müzakirələr aparılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iştirakçılar erkən nikahın və qohum evliliyinin qarşısının alınması mövzusunda ətraflı çıxış və müzakirələr aparıb.
Müzakirələr zamanı erkən nikahların və qohum evliliyinin fəsadlarından və bu fəsadlardan sonra baş verən hadisələrdən bəhs edilib. Bununla yanaşı erkən nikahlar zamanı yaranan xəstəliklərdən, erkən nikahların qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb.
Qeyd edilib ki, bu istiqamətdə bir sıra maarifləndirici tədbirlər keçirilir, bu sahə üzrə mövcud qanunvericilik, erkən nikahın ictimai və psixoloji səbəbləri izzah edilir.
Tədbirdə, həmçinin valideynlərin fikirləri dinlənilib.
Mövzuya dair buklet və “Ailə başçısına məktub” bülleteni paylanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 10.03.2024
Zaqatalada erkən nikah və onların fəsadları müzakirə edildi - FOTO
Hazırda oxunan: Zaqatalada erkən nikah və onların fəsadları müzakirə edildi - FOTO
Hazırda oxunan: Zaqatalada erkən nikah və onların fəsadları müzakirə edildi - FOTO
181900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.