Şəhid anası İlham Əliyevi iftar süfrəsinə dəvət etdi - FOTO

Şəhid anası İlham Əliyevi iftar süfrəsinə dəvət etdi - FOTO

Hazırda oxunan: Şəhid anası İlham Əliyevi iftar süfrəsinə dəvət etdi - FOTO

18168

Kürdəmirli-İkinci Vətən Müharibəsinin Şəhidi, eləcə də, Qazi və Əsgər anası Simuzər Əli qızı Bağıyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi və ailə üzvlərinə evlərinə qonaq-iftar süfrəsinə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu haqda Etikxeber.az-a şəhid anasının özü məlumat verib. O, belə deyib:

“Mən 3 övlad-3 oğul anasıyam. Oğlumun biri-Mirələm hərbçi-zabit, Qazidir. İkinci oğlum-Cəmil Həşimli İkinci Vətən Müharibəsinin İgidlərindən, Şəhidlərindəndir…

Üçüncü oğlum-Cavid də bu gün Vətənin keşiyini çəkməkdə, əsgərlikdədir, həm də respublika çempionudur…Hamı bizi Kürdəmirdə vətənpərvər ailə kimi tanıyır, bizə vətənpərvər ailə deyirlər…Övladlarımla, Şəhid Cəmilimlə qürur duyuram, fəxr hissi keçirirəm…Necə deyərlər, Şəhidlər ölməz, Vətən bölünməz!

Bir Şəhid, bir Qazi, bir Əsgər anası kimi, ölkə rəhbərinə, çox hörmətli Prezidentimizə, Qalib, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə müraciət edərək, onu və ailə üzvlərini evimizə qonaq dəvət edirəm…Bildiyiniz kimi, müqəddəs, 11 ayın sultanı olan Ramazan ayında, Ramazan günlərində yaşayırıq…Allah hər bir müsəlmanın Orucunu, dualarını qəbul etsin…

Çox istərdik ki, bu əziz günlərdə cənab Prezidentimiz ailəsi ilə birlikdə bizim ailəmizə təşrif buyursun, bizləri sevindirsin…

Onları iftar məclisində, iftar süfrəsində-evimizdə görməkdən məmnun, çox şad olardıq…Allah Dövlətimizi, Millətimizi, Ordumuzu və Müzəffər Ali Baş Komandanımızı qorusun. Amin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO