Nigar Camal polis idarəsinə çağırıldı – FOTO 

Nigar Camal polis idarəsinə çağırıldı – FOTO 

Hazırda oxunan: Nigar Camal polis idarəsinə çağırıldı – FOTO 

181205

Bir neçə gün əvvəl müğənni Nigar Camal dələduzların qurbanı olub. Belə ki, naməlum şəxslər ifaçının adından sosial şəbəkədə səhifə açaraq onun pərəstişkarlarından pul istəyiblər. 

Bizim.Media xəbər verir ki, sənətçi məsələ ilə bağlı polis idarəsinə çağırıldığını və baş verən hadisənin Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürüldüyünü bildirib. 

“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”, - deyə Nigar vurğulayıb. 
Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs “TikTok”da səhifə açaraq Nigarın adından fanatlarına mesaj yazıb və onlardan şəkillərini istəyib. Bir müddət sonra isə onları fotoları ilə şantaj edərək, pul tələb edib. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO