Sumqayıtda “tok” vuran və sağ qolunu itirən yeniyetmə məktəbdə belə QARŞILANDI – ÖZƏL/VİDEO 

Sumqayıtda “tok” vuran və sağ qolunu itirən yeniyetmə məktəbdə belə QARŞILANDI – ÖZƏL/VİDEO 

Hazırda oxunan: Sumqayıtda “tok” vuran və sağ qolunu itirən yeniyetmə məktəbdə belə QARŞILANDI – ÖZƏL/VİDEO 

181190

Sumqayıtda 4 ay əvvəl elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyevin səhhəti normallaşıb və ayağa qalxıb. Özünü çətinliklə də olsa idarə etməyi bacaran Aslan Əliyev həm də bir aydır ki, məktəbə gedir.

Bu barədə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev ayağındakı narahatlığa görə əvvəl yalnız həftədə bir dəfə dərsə gedə bilirdi:
 

MÖVZU İLƏ BAĞLI:

13 yaşlı gənci “tok” VURDU – Məsuliyyəti hansı qurum DAŞIYIR? – Ailəsindən AÇIQLAMA/FOTO 


“Çox şükür Aslan sağalır və günü-gündən yaxşılaşır. Ayağının altı nədənsə sağalmır və hələ də iltihablaşır. Amma hər gün taksi ilə məktəbə gedir və sinif yoldaşlarını görüb qayıdır. Çalışırıq onu əsəbiləşdirməyək. Qolu ambutasiya olunduğu üçün özü-özünü tam idarə edə bilmir, anası baxır. Əsas odur nəfəs alır və aramızdadır. Qalan şeylər düzələcək”, - deyə bibisi əlavə edib. 

Qərənfil Əliyeva qardaşı oğlunun bədbəxt hadisədən sonra ilk dəfə məktəbə getməsi və kollektivin onu necə qarşılaması ilə bağlı görüntülərini də bizimlə bölüşüb. 

Xatırladaq ki, hadisə oktyabrın 22-də baş verib. 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunu yaşadığı ünvanda cərəyan vurub. Yeniyetmə öncə Sumqayıt Təcili Yardıma, oradan isə Bakıya - 5 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıb. Heç birində müalicə olunması və həyatda qalma şansı verilməyib. Bir neçə özəl xəstəxanaya müraciət olunub, yalnız Baku Medical Plaza qəbul edib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub. 

Bir qolu (naqilə toxunan əli) çiynindən ambutasiya olunub. Yeniyetmə üç aya yaxın “Baku Medical Plaza”da müalicəsini davam etdirib və 8 dəfə əməliyyat olunub. 

Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.

Onu da bildirək ki, məsələ ilə bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə hələki açıqlama verilməyib.

Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO