Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 23 yanvar 2024-cü il tarixdə elan edilən müsabiqə üzrə sənəd qəbulu başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasından bildirilib.
Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:
"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")
"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.
Bizim.Media
![İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib](https://bizim.media/file/articles/2024/03/04/1709566261_65830116f0f1d65830116f0f1e170308431065830116f0f1b65830116f0f1c.jpg)
- A-
- A
- A+
Dünya
19:24 / 04.03.2024
İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib
Hazırda oxunan: İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib
Hazırda oxunan: İki radiokanal ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün müraciət edib
181074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.