Azərbaycan-Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib - FOTO

Azərbaycan-Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib - FOTO

Hazırda oxunan: Azərbaycan-Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib - FOTO

180842

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO