Azərbaycan TDT ilə COP29 çərçivəsində əmkdaşlığı nəzərdən keçirib

Azərbaycan TDT ilə COP29 çərçivəsində əmkdaşlığı nəzərdən keçirib

Hazırda oxunan: Azərbaycan TDT ilə COP29 çərçivəsində əmkdaşlığı nəzərdən keçirib

180837

Xəbər verdiyimiz kimi bu gün xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bu qurumun türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.

Görüş zamanı nazir türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün bərabər səylər göstərməyə hazır olduğumuzu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP29) çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO