Dağılmış və yenidən hədəfdə olan Xarkov - VİDEO

Dağılmış və yenidən hədəfdə olan Xarkov - VİDEO

Hazırda oxunan: Dağılmış və yenidən hədəfdə olan Xarkov - VİDEO

180702

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov müharibə dönəmində ən çox ziyan görən şəhərlərdən biridir. 2022-ci il martın 1-də Xarkov şəhərinin mərkəzi ilk dəfə raket hücumuna məruz qaldı. Şəhərin mərkəzi meydanına düşən raket nəticəsində insanlar həyatını itirdi, Xarkov Vilayət Administrasiyasının binası da daxil olmaqla, bir çox inzibati binalar yararsız vəziyyətə düşdü.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, ötən iki il ərzində şəhərə çox ciddi ziyan dəyib, dağılmış binaların sayı həddən artıq çoxdur. Rusiya ilə dövlət sərhədinin cəmi 35-40 kilometrliyində yerləşən Xarkova yenidən hücum ediləcəyi barədə informasiyalar isə artmaqdadır.

Lakin Xarkov şəhər rəsmiləri güclü müdafiə istehkamının qurulduğunu söyləyirlər və təkrar hücumun olacağı təqdirdə, onun qarşısının qətiyyətlə alınacağını bildirirlər.
Xarkov şəhər meri İqor Terexov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu gün Rusiyanın teleqram kanalları həqiqətən də Xarkova hücumun olacağı barədə şayiələr yayır.

“Müharibənin ilk dəqiqələrindən qarşıya Xarkovu, Kiyevi və bütövlükdə Ukraynanı ələ keçirmək vəzifəsi qoyulub, lakin artıq iki il keçib və heç nə edə bilməyiblər. Biz o vaxt Xarkovu müdafiə edirdik, indi də müdafiə edirik. İndi tamamilə fərqli istehkamlar var. İndi ordu müəyyən vəziyyətlərə tamamilə fərqli şəkildə uyğunlaşıb. Ona görə də bu şayiələr insanları qorxutmaq məqsədi daşıyır”, - deyə İqor Terexov əlavə edib.

Mer, həmçinin şəhər əhalisini narahat olmamağa çağırıb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO