Silahlı şəxslər Tbilisidə banka girərək ordakıları girov götürüblər - YENİLƏNİB - VİDEO

Silahlı şəxslər Tbilisidə banka girərək ordakıları girov götürüblər - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Silahlı şəxslər Tbilisidə banka girərək ordakıları girov götürüblər - YENİLƏNİB - VİDEO

18063

Tbilisidə bank filialına silahlı basqın edən şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, girovların hamısı azad edilib.

***

Tbilisidə silahlı basqın olan bankda girov saxlanılan iki nəfər azad edilib.

Bizim.Media xəbər verir ki, daha bir şəxs girovluqdadır. Girov götürülənlərin ümumi sayının 4 olduğu bildirilir.

***

Naməlum silahlı şəxslər “Bank of Georgia”nın Tbilisidəki filialına girərək orada olan insanları girov götürüblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın "Rustavi-2" telekanalı 16 aprel cümə günü açıqlama yayıb.

Qeyd olunur ki, Avlabari rayonunda yerləşən filialın binasında hazırda təmir işləri aparılır. 

Hadisə yerinə gələn polis əməkdaşları ətrafı mühasirəyə alıblar.  Şahidlərin sözlərinə görə, indiyə qədər heç bir atışma olmayıb.

Başqa təfərrüatlar açıqlanmır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO