Zaxarovadan Pentaqon rəhbərinə CAVAB:

Zaxarovadan Pentaqon rəhbərinə CAVAB: "Bu, Rusiya üçün birbaşa təhdiddir, Vaşinqton təcavüzkardır”

Hazırda oxunan: Zaxarovadan Pentaqon rəhbərinə CAVAB: "Bu, Rusiya üçün birbaşa təhdiddir, Vaşinqton təcavüzkardır”

180554

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonu təcavüzkar adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zaxarova özünün “Telegram” kanalında Pentaqon rəhbərinin Rusiya ilə müharibə başlatmaq barədə bəyanatını şərh edərkən qeyd edib.

"Bu, Rusiya üçün birbaşa təhdiddir, yoxsa Zelenski üçün bəhanə tapmaq cəhdidir? Hər ikisi dəlidir. Amma artıq hamı görür ki, təcavüzkar kimdir - Vaşinqton", - deyə Rusiya XİN rəsmisi bildirib.

Qeyd edək ki, Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələr zamanı bildirib ki, “əgər müharibədə Ukrayna uduzsa, NATO Rusiya ilə müharibəyə getməli olacaq”.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO