Azərbaycanda hələ də bir mənzil 2 və daha çox şəxsə satılır

Azərbaycanda hələ də bir mənzil 2 və daha çox şəxsə satılır

Hazırda oxunan: Azərbaycanda hələ də bir mənzil 2 və daha çox şəxsə satılır

180416

Bir mənzilin 2 və daha çox şəxsə satılması problemi qalmaqdadır. 5250 nəfər bir mənzilin 2-3 nəfərə satılmasının qurbanlarıdır. Ailə tərkibi 4 nəfər götürülsə, bu, 20 minə qədər insanın ziyan çəkməsi deməkdir.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, tikintinin təməli qoyulanda reyestrləşdirilməli idi:

“Bu, nə üçün edilmir? Kimə sərf etmir? 20 tikinti şirkətinin rəhbər şəxsləri həbs edilib. Avropa Məhkəməsinə gedən müraciətlərin 90 %-i məhz mülkiyyət məsələləri ilə bağlıdır. Bu, bizi düşünməyə vadar edir”.

Komitə sədri pilot layihələrlə bağlı məsələni də qaldırıb: “Biz MDB məkanında mənzillərin adambaşına düşən göstəricisinə görə geri qalırıq. Bu, rəsmiləşmə probleminə görə belədir.
Bizdə evlərin sənədləşdirilməsində problem var. Bunu kütləviləşdirən həyata keçirilən pilot layihələrdir. Tikinti şirkətlərinin borcu vətəndaşı razı salmaqdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı da mövqe ortaya qoyulmalıdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO