Rusiya-NATO gərginliyi ilə bağlı TƏHLÜKƏLİ PROQNOZ – “Ukraynanın əks-hücumu uğursuz olsa...”

Rusiya-NATO gərginliyi ilə bağlı TƏHLÜKƏLİ PROQNOZ – “Ukraynanın əks-hücumu uğursuz olsa...”

Hazırda oxunan: Rusiya-NATO gərginliyi ilə bağlı TƏHLÜKƏLİ PROQNOZ – “Ukraynanın əks-hücumu uğursuz olsa...”

180414

“Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”. Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir”.

Bunu Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus deyib.

Ümumilikdə isə son dövrlərdə Qərbdə Rusiya ilə açıq müharibə çağırışları artmaqdadır. Xüsusilə də, Makronun “Ukraynaya NATO qoşunları göndərilə bilər” açıqlaması diqqət çəkib. Doğrudur, NATO Baş katibi Yens Stoltenberq Alyansın belə bir planının olmadığını qeyd etsə də, Fransa liderinin fikirləri ciddi müzakirələrə yol açıb. 

Bəs, Rusiya - NATO gərginliyi alovlana bilərmi?

Politoloq  Qabil Hüseynli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, Navalnının ölümündən sonra Avropa dövlətləri, eləcə də ABŞ Rusiya Prezidentini çox sərt formada təhqir etməyə başladılar:

“Daha sonra Rusiyaya qarşı sanksiyaların yeni paketi qəbul edildi. Ukraynaya yardımın miqdarı artırıldı. Rusiya Avdeyevka qəsəbəsini ələ keçirdi. O qəsəbədə 6 ay ərzində 17 min nəfərdən çox hərbçisini itirdi, 40 min nəfərdən çoxu isə yaralandı. Vəziyyət çox gərgindir. Ukraynanı yenidən silahlandırırlar, hər cür yardım göstərirlər. Böyük Britaniyanın 5 min nəfərlik hərbçisi Ukraynanın daxilində qərargah qurub. Onlar baza kimi fəaliyyət göstərirlər”.

O əlavə edib ki, hazırda Ukraynanı əks-hücuma hazırlayırlar:

“Bu əks-hücum da baş tutmasa, güman edirəm ki, real hərb müstəvisində NATO-Rusiya qarşıdurması alovlana bilər. Bundan əlavə, Rusiyanın daxilində ciddi proseslər gedir. Milli zəmində etirazlar artıb. Rusiya idarəolunmaz hala gələ bilər. Bu zaman NATO-nun prosesə müdaxilə ehtimalı var.

Bəzi ekspertlər deyir ki, Rusiya nüvə silahı vasitəsilə NATO ölkələrini sıradan çıxara bilər. Amma buna inanmıram. Çünki Rusiyanın nüvə arsenalı köhnəlmiş, yüksək döyüş qabiliyyətinə malik olmayan silahlardandır. Nüvə mövzusunda əsas məsələ zamandır. Zaman məsələsində NATO Rusiyanı qabaqlayır. NATO qabaqlayıcı zərbə vuraraq, Rusiyanın nüvə hücumunu neytrallaşdıra bilər”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO