Keçmiş kürəkəninin toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya YERLƏŞDİRİLDİ 

Keçmiş kürəkəninin toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya YERLƏŞDİRİLDİ 

Hazırda oxunan: Keçmiş kürəkəninin toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya YERLƏŞDİRİLDİ 

180293

Xəbər verdiyimiz kimi,  Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir. 

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb. 

Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələrinin atasının ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib.

Bu xəbərdən sonra onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib. 

Sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO