Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin saytında məlumat verilib.
Bildirilib ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.
Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.
Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.
Bizim.Media