Bakıda 8 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Hazırda oxunan: Bakıda 8 marşrutun hərəkət istiqaməti dəyişdirildi

17989

Martın 16-dan paytaxtın Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, bu səbəbdən M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabah bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək - BNA məlumat YAYDI


Dəyişikliyə əsasən:

51 və 57 nömrəli marşrutlar:

- X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi;

M1,M2,M6,43 nömrəli marşrutlar:

- "Həzi Aslanov " metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut - "Həzi Aslanov " metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə;

11 nömrəli müntəzəm marşrut - Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi - İlqar Zülfüqarov küçəsi üzrə hərəkəti müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO