Xocalı soyqırımının 32-ci ildönümü rayonun bütün təhsil müəssisələrində qeyd edilir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon Tıhsil Sektorundan məlimat verilib. Qeyd edilib ki, "Xocalı soyqırımını unutma", ", "Xocalı-əsrin faciəsi", "Xocalı uşaqların gözü ilə", "Qanlı gecə" mövzularında dərslər, mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar və rəsm müsabiqələri təşkil edilib.
Faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını, xalqımıza qarşı törədilmiş soyqırım nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qaldığını, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edildiyi diqqətə çatdırılıb. Şagirdlərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunmuş.
Anım mərasimlərində şagirdlərin ifasında Xocalı faciəsinə, vətənə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş olunub, video-çarx izlənilib.
Xocalı soyqırımı ilə əlaqədar təhsil məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu