Ağıllı saatların sağlamlığa təhlükəsi ilə bağlı mütəxəssislərdən XƏBƏRDARLIQ 

Ağıllı saatların sağlamlığa təhlükəsi ilə bağlı mütəxəssislərdən XƏBƏRDARLIQ 

Hazırda oxunan: Ağıllı saatların sağlamlığa təhlükəsi ilə bağlı mütəxəssislərdən XƏBƏRDARLIQ 

179681

Son illər ağıllı saatlara tələbat artıb. Telefonlardan sonra sürətli ağıllı cihaz hesab olunan saatların sağlamlığa təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, ABŞ-nin Qida və Dərman Agentliyi qanda şəkərin miqdarını ölçdüyü iddia edilən saatların təhlükəli olması ilə bağlı məlumat yayıb.

Agentlik FDA-nın markasından asılı olmayaraq qan şəkərinin səviyyəsini qeyri-invaziv bir şəkildə ölçən bütün cihazlara qadağa qoyduğunu bildirib.
Amerika Diabet Assosiasiyasının mütəxəssisləri ölkədə 37 milyon insanın şəkərli diabetdən əziyyət çəkdiyini deyiblər. Məlumata görə, sözügedən cihazlar xəstələrə səhv dozada dərman qəbul etməyə imkan verir, koma və hətta ölümlə nəticələnə bilər.

25 ildir diabet texnologiyasını öyrənən həkim David Klonoff bir çox şirkətin qeyri-invaziv qan şəkəri cihazları üzərində işlədiyini, lakin heç birinin FDA təsdiqini almaq üçün kifayət qədər dəqiq və təhlükəsiz bir məhsul yarada bilmədiyini bildirib.

Klonoff, ağıllı saatların və üzüklərin qan şəkərini ölçmək üçün kifayət qədər dəqiq olmadığını söyləsə də, göz yaşı, tər və tüpürcək kimi bədən mayelərində qan şəkərinin ölçülməsi ilə bağlı araşdırmaların hələ nəticə vermədiyini qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO