“Qarabağ”ın prezidenti: “Avropanı təəccübləndirməyə çalışacağıq”

“Qarabağ”ın prezidenti: “Avropanı təəccübləndirməyə çalışacağıq”

Hazırda oxunan: “Qarabağ”ın prezidenti: “Avropanı təəccübləndirməyə çalışacağıq”

179577

"Son ana qədər ümid edirdim ki, rəqibimiz "Slaviya" (Çexiya) ilə olacaq. Ancaq "Bayer"lə qarşılaşacağıq. "Bayer" çox güclü bir rəqibdir. Rekordlar qıran yenilməz komandadır. Xüsusilə də bu mövsüm ən üst səviyyədə oyun nümayiş etdirirlər”.

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

“Əlbəttə ki, çətin oyun olacaq. Amma ən azından biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırıb. Güman edirəm ki, ən yüksək səviyyədə oynayacağıq. Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək", - deyə T. Gözəl qeyd edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO