Latviyaya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalı qadağan edildi

Latviyaya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalı qadağan edildi

Hazırda oxunan: Latviyaya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalı qadağan edildi

179458

Latviya Seymi  Baltikyanı ölkəyə istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanı məlumat yayıb.

“Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında qanuna qəbul edilmiş dəyişikliklər Latviyaya istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyur”, - Seymin saytında yerləşdirilən məlumatda qeyd olunub.
Dəyişikliklərə əsasən, Latviya vasitəsilə Aİ-nin digər ölkələrinə gedən məhsullara deyil, Latviyada qalan məhsullar, Rusiya və Belarusda istehsal olunubsa, üçüncü ölkələrdən də idxal edilə bilməz. Seym hökumətə iki həftə ərzində qadağanın tətbiqi qaydalarını hazırlamağı tapşırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO