Yasamalda səkini kimlər ZƏBT EDİB? – RƏSMİ AÇIQLAMA/FOTO

Yasamalda səkini kimlər ZƏBT EDİB? – RƏSMİ AÇIQLAMA/FOTO

Hazırda oxunan: Yasamalda səkini kimlər ZƏBT EDİB? – RƏSMİ AÇIQLAMA/FOTO

179227

Xəbər verildiyi kimi Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində səki zəbt edilib. Belə ki, səki üzərində inşa edilən tikili hasarlanıb və piyadaların hərəkətini çətinləşdirib. Üstəlik sürücülər maşınları səkidə park etdiklərindən piyadalar yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət edirlər. 

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar nazirliyindən hər hansı mövqe ala bilmədik. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ünvanda yol boyunca piyada səkisinin tutulması ilə bağlı məsələ nəzarətə götürülüb:

“Komitənin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Monitorinq zamanı səkinin qismən tutulması faktı təsdiqini tapıb. Bununla bağlı akt tərtib edilərək şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasına dair müvafiq tədbirlərin görülməsi barədə Yasamal rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məktublar göndərilib”.








Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO