Arif Quliyevin oğlu: “Anam iflic olub, gəzə bilmir” - VİDEO

Arif Quliyevin oğlu: “Anam iflic olub, gəzə bilmir” - VİDEO

Hazırda oxunan: Arif Quliyevin oğlu: “Anam iflic olub, gəzə bilmir” - VİDEO

179043

Əməkdar artist Kubra Əliyeva mərhum Xalq artisti Arif Quliyevin səhhəti pisləşən həyat yoldaşının evinə yollanıb.  

Bizim.Media xəbər verir ki, aktrisa “Elgizlə izlə” ictimai-sosial verilişinin canlı efirinə video zəng vasitəsi ilə qoşularaq Gülzar xanımın vəziyyətinin ağır olduğunu bildirib. 

Mərhum xalq artistinin oğlu Rövşən Quliyev isə bildirib ki, anası Gülzar xanım qara ciyər serrozundan əziyyət çəkir. Rövşən həmçinin valideyninin insult keçirdiyini və bu səbəbdən sol hissəsinin ifliç olduğunu və ayağının hərəkətinin itirdiyini bildirib. 
Qeyd edək ki, A.Quliyev 3 il əvvəl koronavirusa yoluxmuş, ağ ciyərinin 90 faizi zədələndiyindən “Yeni klinika”da süni tənəffüs aparatına qoşulmuşdu. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Xalq artisti 2021-ci il mayın 7-də 71 yaşında dünyasını dəyişib.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO