\

\"Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik\" - Lukaşenko 

Hazırda oxunan: \"Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik\" - Lukaşenko 

17881

"Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq. Vaksinlər özümüzünküdür, Rusiya Federasiyasının “Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik". 

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata bəyanatında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər


"Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq. Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var".

"Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur", - deyə Belarus Prezidenti vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO