"Böyük Dəbilqə”: Hidayət Heydərov qızıl medal qazanıb - FOTO

Hazırda oxunan: "Böyük Dəbilqə”: Hidayət Heydərov qızıl medal qazanıb - FOTO

178661

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Bizim.Media  xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda tacikistanlı Abubakr Şerova qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Millinin digər üzvü Rəşid Məmmədəliyev (73 kiloqram) isə üçüncü yer uğrunda görüşdə kanadalı Artur Margelidona məğlub olub.

Bu gün Azərbaycanın digər cüdoçuları - Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kiloqram) qızıl medal görüşünə çıxacaqlar. Onlar öz aralarındakı qarşılaşmada birinci yerin sahibini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO