Laçın sakinindən tapança götürüldü - FOTO

Laçın sakinindən tapança götürüldü - FOTO

Hazırda oxunan: Laçın sakinindən tapança götürüldü - FOTO

178636
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb. Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman "Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də istintaq tədbirləri davam etdirilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO