Ötən gündən başlayan qar əsasən Quba və Qusar rayonlarının dağlıq ərazilərinə düşüb.
Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, qar ən çox Qubanın Qrız kəndində müşahidə olunub - 10 sm.
Bu kənddə temperatur isə -5,6 dərəcə təşkil edib. Qarşıdakı bir neçə gün ərzində havanın qarlı-şaxtalı keçəcəyi bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu