FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri İlham Əliyevi TƏBRİK EDİB

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri İlham Əliyevi TƏBRİK EDİB

Hazırda oxunan: FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri İlham Əliyevi TƏBRİK EDİB

178560

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Sizə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi adından səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək FAO-nun daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat prinsiplərinə əsaslanan 2022-2031-ci illəri əhatə edən Strateji Çərçivə sənədinə istinad edərək, Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək göstərmək niyyətini bir daha vurğulamaq istəyirəm.
Biz, həmçinin Azərbaycan Respublikasına 2024-cü ildə keçiriləcək COP29 Tərəflər Konfransına təşkilatımızın mandatına uyğun sahələr üzrə dəstək göstərməyə hazır olduğumuzu bildiririk.

Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti ilə FAO arasında davamlı şəkildə tərəfdaşlıq və əməkdaşlıq edəcəyimizə inanıram.

Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO