Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edildi

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edildi

Hazırda oxunan: Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edildi

178512

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə ekstradisiyası edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Rusiya Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

V.V.Qolubev ötən il noyabrın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə bu gün Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO