Nigar Arpadaraidən Şəhidlərlə bağlı YENİ TƏKLİF - VİDEO

Nigar Arpadaraidən Şəhidlərlə bağlı YENİ TƏKLİF - VİDEO

Hazırda oxunan: Nigar Arpadaraidən Şəhidlərlə bağlı YENİ TƏKLİF - VİDEO

17845

“Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi mövzusu çox önəmli və həssas mövzudur. Dövlət başçımız və Mehriban xanım da bu mövzuya xüsusi qayğı ilə yanaşırlar. Şəhid ailələri ilə görüşümüz zamanı hiss edirəm ki, onlar üçün ən önəmli məqam şəhidlərin unudulmaması və adlarının əbədiləşdirilməsidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Nigar Arpadarai Milli Məclisdə şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı müzakirələr zamanı deyib.

O, bu barədə çox saylı müraciətlər aldığını deyib:

“Mənə gələn müraciətlərin çoxu şəhidlərin adlarının küçələrə, prospektlərə və müəyyən təşkilatlara verilməsi ilə bağlıdır. Bununla bağlı qanunda xüsusi meyarlar nəzərdə tutulub. Mən təklif edərdim ki, bu meyarlara yenidən baxılsın, çünki indi vəziyyət tamam fərqlidir”.

Deputat həmçinin bildirib ki, əgər bir mövzuda çoxsaylı müraciətlər varsa, o mütləq müzakirəyə çıxarılmalıdır:

“Məsələn hansısa şəhidlə bağlı, onun yaşadığı rayondan kütləvi müraciətlər varsa, bizim buna baxmaq imkanımız olmalıdır. Ümumilikdə belə bir vahid reyestrin yaradılmasını dəstəkləyirəm”.

Vüsalə Balayeva, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO