Latviyalı nazir: “Azərbaycan bizim üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşdır”

Latviyalı nazir: “Azərbaycan bizim üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşdır”

Hazırda oxunan: Latviyalı nazir: “Azərbaycan bizim üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşdır”

178375

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin daxili işlər naziri Rihards Kozlovskislə görüşüb.

Ölkəmizin Latviyadakı səfirliyindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Elnur Sultanov cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib. 

O, Azərbaycan ilə Latviyanın strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Nazir Rihards Kozlovskis iki ölkə arasında ali və yüksək səviyyələrdə həyata keçirilmiş səfərlərin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş olduğunu bildirib.

Görüş əsnasında Azərbaycan və Latviya arasında hüquq-mühafizə sahəsində mövcud olan əməkdaşlığın cari vəziyyəti və inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO