Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ 

Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ 

Hazırda oxunan: Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ 

178285

Fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, səhər saatlarında yağışın qısa müddətə sulu qarla qarışıq yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. 

Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq. 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq.Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO