Xəzərin gizli SAKİNLƏRİ – Onlar yadplanetlilərdir, yoxsa amfibiya adamlar? – SENSASİON ARAŞDIRMA

Xəzərin gizli SAKİNLƏRİ – Onlar yadplanetlilərdir, yoxsa amfibiya adamlar? – SENSASİON ARAŞDIRMA

Hazırda oxunan: Xəzərin gizli SAKİNLƏRİ – Onlar yadplanetlilərdir, yoxsa amfibiya adamlar? – SENSASİON ARAŞDIRMA

178260

Dünyanın müxtəlif bölgələrində yadplanetliləri gördüyünü iddia edən şəxslər olub. Bəzi yerlərdə isə bir çox abidələrin, tapıntıların məhz yadplanetlilərin izlərini daşıdığı ilə bağlı kifayət qədər iddialar var.

Bizim.Media xəbər verir ki, tarixçi alim Zaur Əliyev Xəzərdə yadplanetlilərin izlərinin olması ilə bağlı maraqlı araşdırma aparıb.

Həmin araşdırmanı təqdim edirik:

“2005-ci ildə Xəzərdə dəniz yolu ilə İrana yük daşıyan “Bakı” gəmisinin heyəti suda qeyri-adi bir varlıq görür. Gəmidə olanlar və kapitan qorxu içərisində qalırlar. Gəminin kapitanı Qafar Həsənov İranın Ənzəli limanında sahilə çıxandan sonra yerli “Zindagi” qəzetinə müsahibə verir:

“Uzun müddət qəribə bir məxluq bizdən bir qədər aralıda paralel üzdü. Əvvəlcə bunun böyük balıq olduğunu düşündük. Ancaq sonra gördük ki, onun başında tüklər aydın görünür. Üzgəc olduğunu düşündüyümüz nayihələr isə onun qolları idi.

Azərbaycanda bu açıqlamadan sonra kapitana qarşı münasibət dəyişdi. Hətta insanlar onu dəli sayıb, ünsiyyət qurmaq istəmirdilər. Bəziləri isə “yəqin içib, keflənib və buna görə belə danışır”- deyiblər.

Lakin bu barədə artıq 2002-ci ildə olmuş bir hadisə müvafiq dövlət qurumlarına məlum idi.

Belə ki, 2002-ci ilin yayında azərbaycanlı iş adamı Rüstəm Kərimov öz gəmisinin göyərtəsinə dəvət etdiyi yunan yoldaşları ilə birlikdə yaxtasında Xəzər dənizində əyləncə təşkil edib.

Siqaret çəkmək üçün arxa tərəfə çıxan dənizçi qayıqda oturan insan siluetlərini görür. Qarşısında iki siluet var idi. Dənizçi qayıqda kimin və hansı məqsədlə olduğunu öyrənməyə qərar verir. Gəmidə əyləşənlər işıqları yandıran kimi onlar dərhal suya atılıblar. Dənizçilər işığı dənizə tutub hər yerə baxsalar da, "çağrılmamış qonaqları" aşkar edə bilməyiblər.

Növbətçi dənizçi sirenini işə salıb. Gəmidəki hər kəs göyərtəyə tökülüb. Onlar qayığın yanında iki iri balığın hərəkət etdiyi su və bir yığın yosun görüblər. Lakin cəmiyyət yenə bu hadisənin üstündən “dənizçi kefli idi” deyərək keçib.

SSRİ DTK-nin arxivindəki maraqlı faktlar

1980-ci illərdə Sovet təhlükəsizlik orqanlarına Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması barədə çoxsaylı informasiyalar daxil olub.

Qurumda bununla bağlı tam məxfi sənədlər toplusunda aşağıdakı şahid ifadələri yer alıb:

1. Bir səhər qazma qurğusunda işləyən, növbədən sonra yataqxanaya qayıdan işçi oturmuş bir insan fiquru görür. Oturan adamın paltarı yox idi və üzünü isə oturduğu elektrik lövhəsi gizlədirdi. Qəribə “adam”dan qorxan işçi estakadanın o biri tərəfinə keçdi və ehtiyatla irəliləməyə başladı. Məxluq işçidən təxminən 10 metr aralı məsafədə olanda suya atlanıb.

2. Gənc bir cütlük görüş üçün sahildə oturan zaman sudan üç çılpaq insan fiquru çıxıb. Cütlük həmin fiqurların onlara baxmasını təsdiq edib.

3. İranın şimalındakı Çalus şəhərindən Azərbaycanın Lənkəran şəhərinə qədər olan ərazidə yaşayan sakinlər dəfələrlə dənizdən çıxıb sahildə gəzən canlıları görüblər.

Bütün şahid ifadələri əsasında dənizdən çıxan canlılardan birinin foto-robotunu təsvir etmək mümkün olur:

“Boyu təxminən 165 santimetr, sıx quruluşlu, qabarıq daraqlı qarın, ayaqları üzgəclərə çox bənzəyir, aralarında membranlar olan dörd barmağı var. Solğun dərisi, başında kobud tünd yaşıl tükləri mövcuddur. Qısa qolları adi insanın qollarından bir qədər qalındır. Donqar burunları delfin dimdiyinə bənzəyir. Qulaqları görünmür. Dəyirmi iri gözləri və üst çənəsi çıxan böyük ağızları var. Alt çənəsi isə yoxdur”.

Foto-robotu incəlmək üçün Sovetlər Birliyinə daxil olan ölkələrin alimləri dərhal Moskvaya dəvət edilirlər. Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi laboratoriyasında keçirilən görüşdə alimlərin fikri belə olur:

“Tədim edilən foto-robot folklor və qədim kitablarda, nağıllarda və əfsanələrdə qeyd edilən su pərisi cinsinə aid canlılara bənzəyir. Onların fikrincə, Xəzər dənizinin dibində qədim yadplanetli sivilizasiya formalaşıb, onun nümayəndələri ilə İran və Azərbaycan, eləcə də Türkmənistan sakinlərinin Çelekən bölgəsində görüşü olub.

Xəzərin dibində yadplanetlilər şəhəri

2021-ci ildə adını açıqlamayan Dağıstan sakini videomüsahibəsində bildirib ki, o Xəzər dənizinin dərinliklərini tədqiq edən məxfi missiyanın iştirakçısı olub. O və həmkarları Xəzərin dibində yadplanetlilərin baza-şəhərini müəyyən ediblər. Həmin şəxsin sözlərinə görə, məxfi komanda müasir sualtı aparatlardan istifadə edərək, 300 metr dərinliyə eniblər. Orada onlar bir sıra anomaliyalarla üzləşiblər.

Dənizin dibində qəribə alovlar, səs və hərəkətlər müşahidə ediblər. O iddia edib ki, komanda həmçinin piramidaları, qüllələri və günbəzləri xatırladan bir sıra süni tikililər tapıb. Bütün bunlar naməlum materialdan hazırlanmışdı. Qrup təxmin edib ki, bu strukturlar yerdənkənar sivilizasiya nümayəndələrinin mövcudluğunu təmin etmək üçün qurulmuş mürəkkəb tünellərin, kameraların və tiklililərin bir hissəsidir.

Beynəlxalq İnformatika Akademiyasının “ufologiya və bioenergetika” şöbəsinin rəhbəri, professor Vladimir Ajaja da yadplanetlilərin Xəzər üzərində uçuşlarını təsdiq edib. Ajaja Xəzərdə yadplanetlilərin 3 bazasının mövcud olduğunu iddia edib:

“Bir baza Abşeron yarmadasının şimalında yerləşir. Həmçinin Xəzərin cənubunda dərinsulu hövzəsində və şimalda dayaz yerində gəlmələrin bazasının olmasına dair şahid ifadələri var. Rusiyada Anomal Təzahürlər üzrə Komisisyanın məlumat bazasında müxtəlif hadisələr qeydə alınıb. Bakı, Həştərxan, Türkmənistan limanları üzərində UNO uçuşları, Türkmənbaşı dəniz vağzalı ərazisində sudan UNO-nun çıxması, hərbi təyyarələrlə və katerlərlə “oyun oynamaq”, atəşə qarşı davamlı olduqlarını nümayişkarənə şəkildə göstərməkləri və s. diqqət çəkib”.

“Xəzər əjdahası”

Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məhşurdur. Son illər Xəzər müasir dünyanı daha bir sensasional tapıntı – “Xəzər əjdahası” iddiası ilə heyrətləndirdi.

İranda el arasında suda-quruda yaşayan adamı (Xəzər əjdahası) Runan şah adlandırırlar. O, suların və çayların hökmdarı hesab olunur. “Dəniz ağası”nın uçurumdan çıxdığını görən balıqçılar iddia edirlər ki, dənizin digər sakinləri onun yaxınlaşdığını hiss edirlər. O, görünməzdən iki və ya üç dəqiqə əvvəl balıqlar, demək olar ki, quyruqlarının uclarında dayanmağa başlayırlar. Balıqlar nə qədər qeyri-təbii olsa da, çətinliklə eşidilən gurultu səsləri də çıxarırlar. Runan Şah isə onlara yüksək səsli gurultu ilə cavab verir.

Novxanıda şok mənzərə

Yadplanetlilər 2019-cu ildə Bakıda Novxanı çimərliyində də üzə çıxıblar. Şahidlərin sözlərinə görə, Novxanı çimərliyində olan vətəndaşlar kiminsə suda boğulduğunu zənn ediblər. Lakin sonra məlum olub ki, sahildən təxminən 300-400 metr uzaqlıqda boyu təxminən 4-5 metr olan varlıq yarım saat dənizdə müxtəlif istiqamətlərdə hərəkət etməyə başlayıb. Sonra bu qəribə varlığın insan olmadığını başa düşən vətəndaşlar vahiməyə düşüblər. Bu barədə yerli mətbuata hadisənin şahidləri məlumat veriblər.

Rusiya Elmlər Akademiyasının Biologiya Elmi-Tədqiqat İnstitutunda çalışan Səməd Cəfərov şahidlərin ifadəsinə əsaslanaraq öz məqaləsində bunları qeyd edib:

“Şahidlərin ifadələri ilə yanaşı, fotoşəkillər də var. Bəli, özüm də oxşar hadisənin şahidi olmuşam. Demək olar ki, bütün uşaqlığım Lənkəranda keçib, qohumlarım indi də orada yaşayırlar.

On beş yaşım olanda əmimlə birgə gecə balıq tutmağa çıxanda su pərisinə çox oxşayan bir şey gördüm. Başı insanı xatırladan məxluq balıq sürüsünün arasında üzürdü. Məni təəccübləndirən o oldu ki, balıqlar sanki o məxluqa tabe olaraq, onunla sinxron hərəkət edirdilər. Bizim qayıq həmin məxluqun 10 metr yaxınlığında idi. Mən qışqırdıqdan sonra məxluq suya daldı və bir daha görünmədi...”

Zaur Əliyev araşdırmalarına əsaslanaraq, bu nəticəyə gəlib:

“Xəzər dənizində xüsusi qüllələr var və onların içində tədqiqat bazası, yaşamaq üçün sahələr, yüksək texnologiyalarla təchiz edilmiş onlarla uçan və üzən aparatlar var. Dənizin dibindəki iki düşərgədə yadplanetlilər yaşayır...”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO