“Bitcoin”dən YENİ REKORD – Bahalaşma davam EDƏCƏK?

“Bitcoin”dən YENİ REKORD – Bahalaşma davam EDƏCƏK?

Hazırda oxunan: “Bitcoin”dən YENİ REKORD – Bahalaşma davam EDƏCƏK?

178108

Kriptovalyuta bazarında yenidən böyük dalğalanmalar başlayıb. Fevralın 12-də bəzi birjalarda 50.334 dollara qədər bahalaşan “Bitcoin” (BTC) dünən gün və bu gün 49.750-49 800 dollar arasında dövr edirdi. 

Bizim.Media xəbər verir ki, 1 saat əvvəl “Bitcoin”in qiyməti yenidən ən yüksək həddinə çatdı.

Son 2 ilin ən yüksək göstəricisi
 

MÖVZU İLƏ BAĞLI:

“Binance”yə REKORD CƏRİMƏ – “Birja şərtlərə əməl etməsə...”


“Coinmarketcap” və “Binance” birjalarında 1 BTC-nin dəyəri 51 570 dollardan da yüksək qiymətə təklif olundu ki, bu da birdən-birə 3 faizlik artım deməkdir. 

Bu hadisə son 2 ilin ən yüksək göstəricisi olmaqla yanaşı, sərmayədarlar arasında böyük həyəcana və marağın daha da artmasına səbəb oldu. 

Bu hərəkətlilik göstərdi ki, ETF-nin işə salınmasından sonra bir qədər gecikməyə rəğmən, çox əhəmiyyətli və investorların gözləntilərinə uyğun oldu. 

Bahalaşmaya əsas səbəb kimi isə “Bitcoin ETF”ləri aşkar etmək üçün güclü sərmayə daxilolmaları və Boz Şkala çıxışlarındakı azalmalar göstərilir.

ABŞ iqtisadiyyatında “zəlzələ” baş verir

Bu artım ABŞ-ın iqtisadiyyatında da dalğalanmalara səbəb olub. Uzunmüddətli yatırım edən investorlar noyabr ayından bu yana 300 min BTC-dən istifadə edirdilər. Yaxın gələcəkdə isə satışlarından mənfəətlərinin arta biləcəyi ilə bağlı bəzi siqnallar da var.

Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması 2022-ci ilin aprelindən bəri ən yüksək səviyyə olan 1,97 trilyon dollara çatdı. 

Xatırladaq ki, iki gün əvvəl baş verən bahalaşmadan sonra 15 faizlik dəyər qazanan BTC 977 milyard dollarlıq bazar kapitalizasiyası ilə 49.750 dollar ətrafında ticarət edillməyə başladı. Son saatlara qədər isə ümumi kapitallaşma 2 trilyon dollara yaxınlaşmışdı. Bu dövrdə kripto bazarları 2021-ci ilin noyabrında 3 trilyon dollarlıq zirvədən düşərək yeni bazar zonasına daxil olmuşdu. 

Hər iki qəfil bahalaşma göstərir ki, “spot Bitcoin ETF”-lərinə maraq və xalis daxilolmalar qənaətbəxş səviyyədədir və ETF-lərlə bağlı müsbət irəliləyişlər var ki, bu da 2024-cü il üçün yüksəliş gözləntilərini ciddi şəkildə dəstəkləyir. 

Ümumiyyətlə, kriptovalyuta bazarı həm mövcud investorların, həm də yeni iştirakçıların təsiri altında dinamik şəkildə dəyişməyə və inkişaf etməyə davam edir. “Bitcoin” və digər kriptovalyutaların gələcəyi ilə bağlı gözləntilər iqtisadi məlumatlar və bazar dinamikası fonunda formalaşır.

“Bahalaşma normal bazar korreksiyasıdır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev dəyərin birdən-birə 51 570 dollardan yüksək məbləğə çatmasını bir qədər fərqli şəkildə şərh edib. 

Bunun normal olduğunu söyləyən ekspertin sözlərinə görə, bahalaşma korreksiyalarla bağlıdır:

“500-1000 dollarlıq bahalaşma normal bazar korreksiyasıdır”.

Müsahibimiz, “Bitcoin”in qiymətinin artmasına təsir edən əsas faktorları da diqqətə çatdırıb: 

“Bunlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsinin vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntilərin artması, birja ETF Fondlarının və korporativ şirkətlərin BTC-yə olan kəskin tələbətın yaranması və aprel ayında gözlənilən "bitcoin halving" hadisəsidir. 

Yanvarda ABŞ-da inflyasiya indeksi 3,1% təşkil edib. Bu göstərici 2,9%-lik proqnozu qabaqlasa da, bir ay əvvəlkindən (3.4%) daha yaxşıdır. ABŞ-da inflyasiya indeksi hədəf qoyulan 2%-ə nə qədər tez yaxınlaşsa, FED-in uçot dərəcəsini endirməsi ilə bağlı siyasətinə bir o qədər tez təsir göstərəcək. Faiz dərəcəsi aşağı salındıqda isə FED sistemə likvidlik yeridərək açıq bazarda aktivlər əldə etməyə başlayır, bazarda dollar çoxalır, kreditlər ucuzlaşır, investisiya mühiti yaxşılaşır”.

“Bu həftə ərzində BTC 52 500 dollara qədər bahalaşacaq”

Digər ekspert Afiq Ağaquliyev isə kriptovalyuta bazarındakı son vəziyyətin normal hal olmadığını diqqətə çatdırıb:

“Son vaxtlar dolların dəyəri ilə bağlı müxtəlif xəbərlər yayılmaqdadır. Bir qrup dolların bahalaşacağını, digər bir qrup isə ucuzlaşacağını söyləyir. Son vaxtlar həm iş adamları həm də sadə vətəndaşlar kriptovalyutalara, əsasən BTC-yə yatırım etməyə başlayıblar. Bazarda dayanıqlılığı təmin edən, gələcəyi parlaq olan kriptolardan biri “Bitcoin”, digəri isə “Ethereum”dur (ETH)”. 

Onun sözlərinə görə, bu həftə ərzində BTC 52 500 dollara qədər bahalaşacaq:

“Ancaq mart ayında qiymətlət 45-50 min dollar arasında dəyişəcək. Bu da may ayına qədər davam edəcək, yay aylarında stabil qalacaq, yəni əgər aprel ayını 55-60 min dollarla başa vurarsa, yayda da eyni qaydada qalacaq. Payız və ya qış aylarında isə 70 min dollara qədər yüksələcək”. 

Qeyd edək ki, hazırda “Coinmarketcap” birjasında BTC-nin dəyəri 51 000 dollardan bir qədər yüksək təklif olunur.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO