"Qatil dediyin şəxsə görüş təklif edirsən" - Politoloqdan Ağ Ev-Kreml QARŞIDURMASI...

Hazırda oxunan: "Qatil dediyin şəxsə görüş təklif edirsən" - Politoloqdan Ağ Ev-Kreml QARŞIDURMASI...

17796

"Siyasət budur, qatil dediyin şəxsə bir müddət sonra görüşməyi təklif edirsən. ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək ona üçüncü ölkələrin birində görüşməyi təklif edib. Kreml sahibinə də bu görüş lazımdır ki, iki ölkə arasında və Ukraynaya görə artan gərginliyi nisbətən azaltmaq mümkün olsun. Ancaq bu əsla barış görüşü olmayacaq". 

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün "Facebook" profilində bölüşüb.

O, fikirlərinin davamında bildirib ki, ABŞ və Rusiyanın diametral (bölünən) fərqli maraqları liderlərin bir görüşü ilə həll ediləsi deyil:

"Sadəcə, hər tərəfin bir addım geriləməsinə ehtiyac var. Çünki kiçik qığılcım bölgəni dəhşətli müharibəyə sürükləyə bilər. Vaşinqtonla Moskva arasında dialoq təşəbbüsü yeni model deyil.

“Soyuq müharibə”nin ən ağır illərində belə ABŞ və SSRİ liderləri görüşərək mürəkkəb vəziyyətdən çıxış yolları axtarırdılar. Məhz bu dialoq iki nüvə dövlət arasında hər dəfə müharibənin başlaması ehtimalını azaldırdı. Görünür, indi də buna ehtiyac var.

Ancaq o da bəllidir ki, vaxtilə SSRİ-ni çökdürən Vaşinqton bu dəfə beyin mərkəzlərinə oxşar tapşırıq verib:

“Necə edək ki, Rusyanın aqressivliyini ortadan qaldıraq”. 

Bu tapşırığın yerinə yetirilməsi yalnız Amerikanın maraqlarına cavab vermir".

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO