Bakı Kitab Mərkəzində rusiyalı sənətşünasla görüş keçirildi - FOTO

Bakı Kitab Mərkəzində rusiyalı sənətşünasla görüş keçirildi - FOTO

Hazırda oxunan: Bakı Kitab Mərkəzində rusiyalı sənətşünasla görüş keçirildi - FOTO

177887

Bakı Kitab Mərkəzində tanınmış rusiyalı sənətşünas, Rusiya Dövlət Tretyakov Qalereyasının keçmiş baş direktoru Zelfira Trequlova ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Görüş çərçivəsində Zelfira Trequlovanın “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabının təqdimatı olub.

Zelfira Trequlova gecənin qonaqlarına “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabının yaradılması ideyasından danışıb.

Tədbirin sonunda kitabın müəllifi görüş iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, “Tretyakovun şah əsərləri. Şəxsi baxış” kitabında XIX və XX əsr Rusiya rəssamları İlya Repin, Mixail Vrubel, Kazimir Maleviç və başqalarının məşhur rəsmləri təsvir olunub. Müəllif dünya sənət tarixində hansı rəsmlərin ona nə üçün ən əhəmiyyətli göründüyü barədə bəhs edir.














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO