Qusarda PARTLAYIŞ – FOTO/VİDEO - YENİLƏNİB   

Qusarda PARTLAYIŞ – FOTO/VİDEO - YENİLƏNİB   

Hazırda oxunan: Qusarda PARTLAYIŞ – FOTO/VİDEO - YENİLƏNİB   

177492

Qusarın Hil kəndində evdə qaz sızmasından sonra partlayış baş verməsi ilə bağlı xəbər vermişdik.

Qusar rayon Fövqəladə Hallar Komissiyasından məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verilib.

Məlumata görə, hadisə gecə saat 02.10 radələrində qeydə alınıb.

Kənd sakini, 54 yaşlı Ofeliya Həmdulla qızı Abdullayevaya məxsus, ümumi sahəsi 130 kvadratmetr olan ev qaz sızması səbəbindən partlayıb. Yaşayış evi tamamilə yanıb.

Hadisə yerində FHN-nin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib.

Fakta görə araşdırmalara başlanılıb.
 

08.49
 

Qusarın Hil kəndində gecə saat 3.00 radələrində evdə partlayış baş verib.

Bizim.Media xəbər verir ki, partlayışa səbəb qaz sızması olub.

Partlayışdan sonra baş verən yanğında 30 yaşlı Faiq Saiddin oğlu Abdullayev yanıq xəsarətləri alıb. O, Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb.  
Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalova Faiq Abdullayevin vəziyyətinin ağır olduğunu,onun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri aldığını deyib.
 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO