BMT rəsmisindən İlham Əliyevə təbrik MƏKTUBU 

BMT rəsmisindən İlham Əliyevə təbrik MƏKTUBU 

Hazırda oxunan: BMT rəsmisindən İlham Əliyevə təbrik MƏKTUBU 

177431

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri. 

Seçkilərdə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri Azərbaycan xalqının Zati-alinizin liderliyinə, eləcə də birliyi, tərəqqini və sülhü möhkəmləndirmək qətiyyətinə davamlı dəstəyini və inamını nümayiş etdirdi. 

Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı hökumətin irəli sürdüyü müxtəlif təşəbbüslərdə, o cümlədən “Bakı Prosesi”ndə Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaqda davam edir. UNAOC 2024-cü ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq İşçi Qrupunun üzvüdür.

Komandamız artıq proqram üzrə əsas məsləhətləşmələrə başlayıb və 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNAOC-u şəxsən təmsil etməyi, müzakirələrə qatılmağı və uğurlu nəticələr əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm. 
UNAOC Xarici İşlər, Mədəniyyət nazirlikləri və Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyi ilə sıx əlaqədə işləyərək əməkdaşlığın və Azərbaycan hökuməti ilə birgə fəaliyyətin daha da möhkəmləndirilməsinə sadiq olduğunu bildirir. 

Bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO