“Baykar” Kiyev yaxınlığında TB2 və ya TB3 model PUA istehsal edən fabrik İNŞA EDİR

“Baykar” Kiyev yaxınlığında TB2 və ya TB3 model PUA istehsal edən fabrik İNŞA EDİR

Hazırda oxunan: “Baykar” Kiyev yaxınlığında TB2 və ya TB3 model PUA istehsal edən fabrik İNŞA EDİR

176879

Türkiyənin “Baykar” şirkəti Kiyev yaxınlığında TB2 və ya TB3 model pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək fabrikin tikintisinə başlayıb.

Bizim.Media xəbər verir ki, bunu şirkətin rəhbəri Haluk Bayraktar Səudiyyə Ərəbistanında silah sərgisi zamanı “Reuters” agentliyinə müsahibəsində deyib.

“Zavodumuz hazırda tikilir. Bizə tikintini başa çatdırmaq üçün təxminən 12 ay vaxt lazımdır, sonra daxili avadanlıq və təşkilati struktura keçəcəyik. 
Ukraynadakı zavod böyükdür, biz təxminən 500 nəfəri işə götürməyi planlaşdırırıq”, - deyə H. Bayraktar qeyd edib.

Bayraktarın sözlərinə görə, zavod ildə təxminən 120 ədəd TB2 və ya TB3 cihazı istehsal edə biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO