Şəki-Zaqatala rayonlarında hazırda hava şəraiti necədir? - FOTO

Şəki-Zaqatala rayonlarında hazırda hava şəraiti necədir? - FOTO

Hazırda oxunan: Şəki-Zaqatala rayonlarında hazırda hava şəraiti necədir? - FOTO

176824

Şəki-Zaqatala rayonlarında küləkli-yağışlı hava şəraiti hökm sürür. Bu gün səhər saatlarında bölgənin əksər ərazilərində yağış yağmağa başlayıb. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən bildirir ki, səhər saatlarından başlayan yağış dağlıq ərazilərdə qara çevrilib. Aran yerlərdə isə yağış küləklə əvəzlənib. 

Hazırda bölgənin dağlıq ərazilərinə qar yağır. Aranda isə küləyin sürəti saniyədə 7-12 metrə, bəzən isə 15 metrədək çatır. 

Qeyri-sabit hava şəraiti və küləyin müşahidə olunması Şəki rayon ərazisində elektrik enerjisinin verilməsində bəzən fasilələr yaratsa da nöqsanlar vaxtında aradan qaldırılaraq təchizat təmin edilib. 

Bölgə rayonlarında qeyri-sabit hava şəraiti bu dəqiqələrdə də davam edir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO