Flora Kərimova: “Varlığıma nifrət edib, deyirlər ki, təki ölsün, canımız qurtarsın” – VİDEO 

Flora Kərimova: “Varlığıma nifrət edib, deyirlər ki, təki ölsün, canımız qurtarsın” – VİDEO 

Hazırda oxunan: Flora Kərimova: “Varlığıma nifrət edib, deyirlər ki, təki ölsün, canımız qurtarsın” – VİDEO 

176761

“Dünyamı dəyişəndə məni ayrı cür ağlayacaqlar. Mən gedəndə istəmərəm, millətim bilsin. Düşünürəm ki, dəfn olunacağım yeri də istəmərəm ki, bilsinlər. Çox insan tarixdən adımı silmək istədi. Onlar hələ də çox aktivdirlər. Bu da bir naxış, bu da Allahın bir lütfüdür. Bir qismətdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib. 

Həvəssiz və enerjisiz olduğunu dilə gətirən sənətkar bildirib ki, onu rahat yaşamağa qoymurlar: 

“Mən 83 yaşda da olsam, Allah səsimə dəymir. Məni sevdirən səsimə dəymir. Artıq həvəssizəm. Konsert vermək kimi bir planım yoxdur. Ona enerji lazımdır. Məndə isə artıq o enerji qalmayıb. Mən sakit, hüzur içində qocalmaq istəyirəm. Elə də alındı. İndi sonuncu illərimdir. Hələ o sərhədə nə qədər vaxt varsa, onu da rahat yaşamaq istəyirəm. Ancaq məni rahat yaşamağa qoymurlar. Hər şeydən bir söz çıxarırlar. Oturduğum yerdə... Xəbərim olmadığı bir insan... Elə bil ki, bu insanlara acı dillik enerji verir”. 

Kərimova onunla ömrünün sonuna kimi ədavət aparan mərhum Xalq artisti İlhamə Quliyevadan da söz açıb. Xalq artisti bildirib ki, Quliyeva ilə heç zaman işi olmayıb: 

“Mənim bir yöndəmsiz xasiyyətim var, heç kimlə barışmıram. Heç kimə də keçmirəm. İlhamə Quliyevanın mənimlə niyə ədavət apardığını bu günə kimi də bilmədim. Çünki mənim onunla işim yox idi. Heç bir cəhəttən isə mənim ona narazılığım yox idi”. 

F.Kərimova vurğulayıb ki, onun varlığına nifrət edirlər: 

“Mənim yerim onlara dar edir. Mənim yaşımda heç kimin səsi olmur. Ancaq mən hələ oxuyuram. Bəstəkarlar hələ də mənə zəng edirlər. Onlar məndən inciyirlər ki, niyə onlara gec yazıram. Bu da mənim xasiyyətimdir, tənbəllik. Mənim varlığıma nifrət edirlər. Deyirlər ki, təki ölsün, canımız qurtarsın. Ancaq qurban olduğum qoymur. Mənim yoxluğumun birinci günündə hamı deyəcək, savadlı ifanı, səsi, müğənnini yola salırıq”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO